Somalidə güclü daşqınlar nəticəsində 29 nəfər ölüb - VİDEO
Somalidə 300 min insan güclü daşqınlara görə evlərini tərk edib, 29 nəfər ölüb.
Bu barədə Milli Fəlakət İdarəsi Agentliyi məlumat yayıb.
Agentliyin idarəedici direktoru Hassan İsse bildirib ki, çox insan sel suları altında qaldığından ölənlərin sayı arta bilər.
BMT-nin məlumatına görə, Jubba çayı daşdığı üçün Luuk şəhərində ən azı 2400 nəfər sular altında qalıb.
Qonşu Keniyada daşqınlar 15 nəfərin həyatına son qoyub. Uqandada neft yataqlarından paytaxta gedən yolda körpünü su aparıb.
Mənbə: “O!News” “Telegram” kanalı