Nov 08

BMT-nin qarşısındakı bilbordda Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirilib - FOTO

ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahının qarşısında mobil bilbordda Azərbaycanın Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirilib.

Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi sosial şəbəkədə paylaşım edib.

LED lövhələrdə ingilis dilində “8 Noyabr – Azərbaycanın Zəfər Günü” sözləri həkk olunub.

Eyni zamanda İkinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinin rəmzi olan xarıbülbül göstərilib.

 

Bənzər xəbərlər

Gündəm

0.094809055328369