Nov 08

Ukraynada əks-kəşfiyyatçılarla hərbçilər arasında dava düşdü - VİDEO

Ukraynanın Vinnisa şəhərində yerləşən restoranlardan birində təhlükəsizlik xidmətinin əks-kəşfiyyatçıları ilə hərbçilər arasında rus şanson mahnısı üstündə dava düşüb.

Kəşfiyyatçılar və hərbçilərdən ibarət hər iki kollektivin eyni gündə müxtəlif salonlarda ad günlərini qeyd etdikləri bildirilir. Axşam gec saatlarda zalların birində musiqi dayandırılıb, digər zaldan isə rusiyalı müğənni Mixail Kruqun “Vladimirski sentral” mahnısı eşidilib.

Ad günü olan ukraynalı hərbçi otağa daxil olaraq digərlərinə narazılığını bildirib. Lakin onlar buna əhəmiyyət verməyiblər. Həmçinin müəssisənin işçiləri də hərbçinin bu şikayətini diqqətə almayıblar.

“Bundan sonra iki tərəf arasında dava başladı. Restoranın mühafizəsini çağırdıq, lakin onlar sadəcə gülümsədilər. Sonra polisə zəng etdik, amma onlar da hər şeyə yüngül reaksiya verdilər. Sonra təcili yardım çağırmağa məcbur olduq, çünki yaralananlar var idi. Bizim kollektivdən üç nəfər xəstəxanaya aparıldı”, - deyə ad günündə iştirak edən və hadisəni lentə alan qızlardan biri bildirib.

Məlum olub ki, ad günü olan hərbçi, həmçinin ad gününü qeyd edən Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat departamentinin əməkdaşı Dmitri Sivak və onun atası Ruslan Sivak yaralanıblar. Onlar döyüşün fəal iştirakçıları olublar.

Qeyd edilib ki, hüquq-mühafizə orqanı əməkdaşının üzərində “Glock-17” tapançası olub.

Faktla bağlı polis xuliqanlıq maddəsi üzrə cinayət işi açıb. Prokurorluq hadisədə Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakını təsdiqləyib.

Mənbə: Strana.ua

Bənzər xəbərlər

Gündəm

0.055469989776611