Amurda qar altında tapılan yaralı pələng balası xilas edilib - VİDEO
Rusiyanın Amur vilayətində yaralı pələng balası magistral yolun qırağında qar altında tapılıb. Yoldan ötən sürücülər onu görüb və götürüb baytara aparıblar.
Balaca sağlam olsa da, yaralıdır. Həkimlərin fikrincə, o, təkər altında qalıb və sağ çiyni zədələnib.
Amurda onu əməliyyat etməkdən imtina ediblər və balaca yırtıcını Xabarovska aparıblar.
Qeyd edək ki, balacanın anasının harada olduğu bilinmir. Güclü qar səbəbindən onun izlərini tapmaq mümkün olmayıb.
Mənbə: Mash