Nov 06

Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edilib - FOTO

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu AZS 001-2006 “Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartının əvəzinə yenilənmiş AZS 001-2023 “Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartını qəbul edib.

Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, bu standart Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir. Eyni zamanda, standartla Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.

Bənzər xəbərlər

Gündəm

0.16277194023132