Antoni Blinken Ankarada səfərdədir
ABŞ-nin Dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Telekanal diqqətə çatdırıb ki, H.Fidanla A.Blinken arasında noyabrın 6-da baş tutacaq rəsmi danışıqlarda Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.