Hamburq hava limanında azyaşlı qızı girov götürən şəxs Türkiyəyə uçmaq istəyir – YENİLƏNİB + VİDEO
Hamburq hava limanında polis dörd yaşlı qızını girov saxlayan silahlı şəxslə hələ də danışıqlar aparır.
Onun həyat yoldaşı atanın uşağı qəyyumluq mübahisəsindən sonra qaçırdığını iddia edi. Kişininn tələblərindən biri də Türkiyəyə uçuşun təmin edilməsidir.
Hava limanında bütün uçuşlar təxirə salınıb. Danışıqlar davam edir.
Mənbə: Bild
09:22
Gecə Almaniyanın Hamburq hava limanı naməlum silahlı şəxsin hücumuna görə bağlanıb.
O, avtomobillə təhlükəsizlik səddini aşaraq platformaya çıxıb.
Həmin şəxs avtomobildən iki molotov kokteyli atıb və yanğınsöndürənlər yaxınlıqda alışan təyyarəni söndürməli olublar.
Yerli media avtomobildə 4 yaşlı uşağın girov kimi saxlanıldığını yazır. Fövqəladə vəziyyətin mümkün səbəblərindən biri qəyyumluqla bağlı mübahisədir.
Mənbə: news.ru