Həkimlər İranı tərk edirlər - FOTO
İranda həkimlərin ölkəni tərk etməsi halları artıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Bildirilir ki, İranda hər 100 min nəfərə cəmi 62 mütəxəssis həkim düşür. Həkimlərin İranı tərk etməsi ölkədə həkim qıtlığını artıran digər mühüm amildir. Buna əsas səbəb həkimlərin əməkhaqqı ilə bağlı narazılıqlarıdır.
Tehranın Səhiyyə Sisteminin İdarə Heyətinin sədri Muəyyed Ələviyan deyib:
“2018-ci ilə qədər “Good Standing” sertifikatı üçün müraciətlərin sayı 1000-dən az idi. 2019-cu ildə müraciətlərin sayı iki mini keçdi, 2021-də isə 4 300-ə çatdı. Yəni, üç il ərzində “Good Standing” sertifikatları üçün müraciətlərin sayı dörd dəfə artıb”.