Nov 05

Blinken Fidanla Qəzzanı müzakirə edəcək

ABŞ dövlət katibi Antoni Blinkenin 5-6 noyabr tarixində Türkiyəyə səfəri baş tutacaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunur ki, səfər çərçivəsində Ankarada Antoni Blinkenlə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında görüş keçiriləcək.

Bildirilir ki, görüş zamanı Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Mənbə: Anadolu

Bənzər xəbərlər

Gündəm

0.027579069137573