Rusiyada erməni milyarder axtarışa verildi
Milyarder və bəzi məlumatlara görə, Soçinin kölgə aləminin başçısı Ruben Tatulyan axtarışa verilib.
İş adamı və onun həmkarı Andronik Mumcyanın ofisindəki axtarışlar hələ payızın əvvəlində aparılıb. Artıq həmin vaxt hər iki sahibkar Rusiyada olmayıb.
Bildirilir ki, tatulyan cinayət maddəsi ilə axtarışa verilib. Bunun ticarət mərkəzləri, yaşayış kompleksləri və mehmanxanaların tikintisi zamanı dələduzluqla bağlı ola biləcəyi ehtimal edilir.
Tatulyanın yeri hələ müəyyən edilməyib. Çox güman ki, xaricdədir. Onun hətta 2022-ci ildə Abxaziyadan aldığı diplomatik pasportu da var.
Mənbə: 112 “Telegram” kanalı