Nov 03

Sankt-Peterburq Məhkəməsi iclasını gecə klubunda keçirdi

Sankt-Peterburq Məhkəməsi striptiz-klubda iclas keçirib.

Məlumata görə, bu, iş üzrə ehtiyacdan irəli gəlib. Belə ki, iddia binanın layihəsinin qanunsuz olaraq yenidən planlaşdırılması ilə bağlı olub.

Klub sahibləri icazə almadan otaqlar arasındakı arakəsmələri söküb, radiatorları çıxarıb, döşəməni dəyişib və binanın drenaj şəbəkələrini kəsiblər.

Şəhər administrasiyasının qeyri-qanuni işlərin nəticələrini aradan qaldırmaq və binanı əvvəlki vəziyyətinə qaytarmaq tələbinin yerinə yetirilməməsi hakimin obyektə gəlişinə səbəb olub və məhkəmə iclası yerindəcə baş tutub.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.034584045410156