Nov 02

Keyfiyyətsiz məhsullardan faydalı istifadə yolu tapıldı

2024-cü il sentyabrın 1-dən Rusiya pərakəndə satıcıları və istehsalçıları keyfiyyətsiz məhsulları heyvan yemi istehsalına göndərə biləcəklər.

Bu barədə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin sənədlərində qeyd olunub.

Bildirilir ki, saxta, markalanmamış məhsullar və müşayiət sənədləri olmayan məhsullar yem üçün istifadə oluna bilər. Ekspertiza zamanı məhsulun xarici görünüşü, müşayiətedici sənədlər, onların mövcudluğu və qablaşdırmanın vəziyyəti qiymətləndiriləcək. Həmçinin laboratoriya müayinəsi üçün nümunələr də götürüləcək.

Məhsulların baytarlıq-sanitariya ekspertizası Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri tərəfindən aparılacaq.

“Eyni zamanda, biz başa düşməliyik ki, qida məhsullarının saxtalaşdırılmasının bəzi növləri, məsələn, tərkibində boyalar, aromatizatorlar, konservantlar və dərmanların olması qeyd edilməyən məhsullar yalnız insanlar üçün deyil, həm də heyvanlar üçün təhlükə yarada bilər”, - deyə Rusiyanın “İctimai İstehlakçı Təşəbbüsü”nün rəhbəri Oleq Pavlov qeyd edib.

Mənbə: İzvestiya

Bənzər xəbərlər

Gündəm

0.028964996337891