London kitabxanası taxtabitilərə görə bağlandı
Londonun qərbində yerləşən kitabxana taxtabitilərin yayılması səbəbindən müvəqqəti olaraq bağlanıb.
Bu barədə BBC bələdiyyə orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, söhbət Londonun “Ealing Borough” Mərkəzi Kitabxanasından gedir.
“Şəhər şurası kitabxananın müştəriləri və işçilərinin narahatlıqlarını nəzərə alaraq müvəqqəti bağlanma qərarını verib”, - deyə yerli hökumətin sözçüsü bildirib.