Türkiyə 2024-cü ildə ölkədə qaz qovşağını işə salmağı planlaşdırır
Türkiyə ümid edir ki, ölkədə qaz qovşağının işə salınması 2024-cü ildə baş tutacaq. Elektron qaz ticarəti platformasının yaradılması təxminən bir il çəkə bilər.
Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda bildirib.
“Biz hazırda bu layihəni “Qazprom”la, tərəfdaşlarımızla müzakirə edirik, yəni elektron platforma yaratmaq istəyirik. Düşünürəm ki, bu proses çox vaxt aparmayacaq, bəlkə də bu mexanizmin yaradılması bir il çəkəcək. Bundan əlavə, bizdə daha geniş perspektivlər, uzaq hədəflər var. Düşünürəm ki, biz bu təşəbbüsü 2024-cü ilə qədər başa çatdıra bilərik”, - deyə türkiyəli nazir qeyd edib.
Mənbə: TASS