Nov 01

Nikolay Patruşev: “Avropanın Rusiyadan qaz ala bilməməsi üçün “Şimal axını”nı partladılıb”

“ABŞ Ukraynanı hərbi-bioloji təcrübələr üçün sınaq poliqonuna çevirib və onu Rusiyaya qarşı hərbi əməliyyatlar üçün hazırlayıb”.

Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tomskda keçirilən iclasda deyib.

O qeyd edib ki, NATO ölkələrinin nümayəndələri artıq açıq şəkildə deyirlər ki, Rusiya onların Rusiya sərhədlərinə yaxınlaşmasına mane olub və ukraynalılar Qərbin Rusiyanı cilovlamaq üçün istifadə etdiyi alətdir. “Bundan başqa, ABŞ Ukrayna böhranından istifadə edərək, Avropa ilə Rusiya arasında iqtisadi əlaqələrin kəsilməsinə və iqtisadi rəqiblərin aradan qaldırılmasına nail olub. Onlar öz iqtisadi problemlərini başqa ölkələrin hesabına həll edirlər. Avropanın Rusiyadan qaz ala bilməməsi üçün “Şimal axını”nı partladıblar”, - deyə katib bildirib.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.040731906890869