ABŞ Dövlət Departamenti: “Türkiyə NATO-nun faydalı və məhsuldar üzvüdür”
“ABŞ Türkiyəni Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) faydalı və məhsuldar üzvü hesab edir”.
Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller bəzi amerikalı qanunvericilər tərəfindən səsləndirilən Ankaranın Şimali Atlantika Alyansından çıxarılması çağırışlarını şərh edərkən bildirib.
“Bu, əlbəttə ki, Türkiyə rəhbərliyi ilə ilk fikir ayrılığı deyil. Bununla belə, biz Ankaranı hələ də NATO-nun məhsuldar və faydalı üzvü hesab edirik. Razılaşdığımız məsələlərdə onlarla işləməyə davam edəcəyik. Aramızda fikir ayrılıqları olduqda isə buna aydınlıq gətirəcəyik”, - ABŞ xarici siyasət rəsmisi bildirib.
Mənbə: TASS