Azərbaycan səfiri Türkiyə Prezidenti ilə görüşərək onu Cümhuriyyət Günü münasibətilə təbrik edib - FOTO
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda iştirak edərək onu Cümhuriyyət Günü münasibətilə təbrik edib.
Bu barədə Azərbaycan Səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün səfir Rəşad Məmmədov Türkiyə Respublikası Prezident Kompleksində keçirilən qəbulda iştirak edib və cənab Prezident Rəcəb Tayyib Ərdoğana Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təbriklərini çatdırıb. Neçə belə yüzilliklərə, Türkiyə!”, - diplomatik missiya qeyd edib.
Bugün Büyükelçi Reşad Memmedov TC Cumhurbaşkanlığı Külliyesi’nde düzenlenen resepsiyona katıldı ve Sayın Cumhurbaşkanı Recep Tayyip Erdoğan’a Cumhuriyetin 100. yılı vesilesiyle tebriklerini iletti.
— AzEmbassyTürkiye (@AzEmbassyTurkey) October 29, 2023
Nice yüz yıllara, #Türkiye!
????????❤️????????#29EkimCumhuriyetBayramı pic.twitter.com/vWHaNJxKxE