Suriyada qaz yatağı sahəsindəki Amerika bazasında partlayışlar baş verdi
Suriyanın Deyr-əz-Zor əyalətindəki Koniko qaz yatağı sahəsindəki Amerika bazasında partlayış səsləri eşidilib.
Jurnalistlərin fikrincə, partlayışlar bazadakı raket atəşi nəticəsində baş verə bilər.
Qeyd edək ki, daha əvvəl şiə silahlı dəstələrinin də daxil olduğu İraqın “İslam müqaviməti” hərəkatı Suriyanın şimal-şərqindəki Xarab Əl-Cir Amerika bazasını atəşə tutmuşdu.
Həmçinin pilotsuz təyyarələr ABŞ-nin Suriyadakı iki hərbi bazasına: ölkənin şərqindəki Əl-Ömər neft yatağı rayonunda, eləcə də Haseke əyalətinin cənubundakı Əl-Şəddadiyə hücum etmişdi.
Mənbə: M24.ru