Oct 27

Fransanın “Tonnerre” helikopter gəmisinin həftəsonu Qəzza sahillərinə çatacağı gözlənilir

Qəzza zolağı sahillərinə göndərilən Fransa Hərbi Dəniz Qüvvələrinə aid “Tonnerre” helikopter gəmisi, rəsmi açıqlamalara görə, üzən xəstəxana olaraq həftəsonuna qədər Qəzza sahillərinə gələcək.

Bu barədə Fransanın Xarici İşlər Naziri Katrin Kolonna məlumat verib.

“Helikopter daşıyıcısı tibbi imkanlara malikdir və biz onları zonaya mümkün qədər yaxın yerləşdirmək istəyirik. Bu, bir neçə gün məsələsidir. Düşünürəm ki, o, həftənin sonuna kimi zonada olacaq. Biz hələ də Silahlı Qüvvələr Nazirliyindəki həmkarlarımızla dəqiq vaxtı və detalları müzakirə edirik”, - deyə o bildirib.

Xarici işlər naziri, həmçinin şənbə günü səhər saatlarında 50 tondan çox humanitar yükün, o cümlədən dərman preparatları daşıyan nəqliyyat təyyarəsinin Misirə yola salındığını və onun çatdırılmasının Fransanın müdafiə departamenti ilə razılaşdırılaraq həyata keçiriləcəyini vurğulayıb.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.050740957260132