Oct 26

Azərbaycanın çağırışı ilə BMT Baş Assambleyasının fövqəladə sessiyası keçirilir - FOTO

BMT-nin Nyu-Yorkdakı qərargah binasında Azərbaycanın çağırışı ilə Baş Assambleyanın Fələstin üzrə fövqəladə xüsusi sessiyası işinə başlayıb.

“Report” verir ki, 10-cu fövqəladə xüsusi sessiyasının 39-cu plenar iclasına BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis sədirlik edir.

Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində Azərbaycanın çağırışı ilə baş tutan Baş Assambleyanın xüsusi sessiyasında BMT-yə üzv olan 120 ölkənin, 18 müşahidəçi ölkənin və 10 müşahidəçi təşkilatın nümayəndələri iştirak edir.

Bənzər xəbərlər

Gündəm

0.092680931091309