HƏMAS-ın İsrailə hücum planını iki il gizlədə bilməsinin sirri açıldı - FOTO
Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücum hazırlayan yaraqlıları planlarını İsrail kəşfiyyatından gizlətmək üçün iki il ərzində Qəzza zolağındakı tunellərdə çəkilən kabelli sabit telefonlardan istifadə edərək əlaqə saxlayıblar.
Bu barədə ABŞ kəşfiyyatından olan mənbə bildirib.
Məlumata görə, HƏMAS üzvləri əməliyyata hazırlaşarkən köhnə tərzdə əks-kəşfiyyat tədbirlərinə əl atıblar və bu müddət ərzində ünsiyyət üçün kompüter, yaxud mobil telefondan istifadə etməməyə çalışıblar.
Qeyd edək ki, Qəzza zolağında məhəllələrin və evlərin altındakı tunellər HƏMAS üçün sığınacaq, həmçinin anbar kimi istifadə olunur. Tunellərin ümumi uzunluğunun 500 km olduğu düşünülür. İsrail ordusu bu yeraltı labirinti “Qəzza metrosu” adlandırır. Tunellərdə raketlər və döyüş sursatları saxlanılır. İsrail Müdafiə Ordusu (SAXAL) orada HƏMAS-ın mühüm komanda məntəqələrinin yerləşdiyinə inanır.
Mənbə: CNN