Oct 23

Almaniyada hakim koalisiyanın reytinqi ən aşağı həddə düşüb

Almaniyada hakim koalisiyanın (Almaniya Sosial Demokrat Partiyası - SPD, Yaşıllar və Azad Demokrat Partiyası - FDP, liberallar) populyarlıq reytinqi Bundestaq seçkilərindən (2021) sonra ən aşağı səviyyəyə düşüb.

Bu barədə “İnsa” sosioloji institutunun keçirdiyi sorğunun məlumatlarına istinadən xəbər yayılıb.

Bildirilir ki, əgər 2021-ci ilin sentyabrında seçicilərin 52%-i kollektiv şəkildə hakim partiyalara səs veribsə, indi Almaniyanın yalnız hər üçüncü sakini (34%) onları dəstəkləməyə hazırdır. Bu isə o deməkdir ki, potensial seçkilər zamanı Sosial Demokratlar yalnız 16%, Yaşıllar - 13%, Liberallar - 5% səs alacaqlar.

Sorğunun göstərdiyi kimi, reytinqdə ikinci yeri respondentlərin 22%-inin səs verməyə hazır olduqları “Almaniya üçün Alternativ” sağçı qrupu tutur. Sol partiya isə yalnız səslərin 5%-ni qazanıb.

Araşdırmaya görə, iştirakçıların 71%-i kansler Olaf Şolts hökumətinin işindən narazı olduğunu bildirib və bu, yeni antirekorddur. Respondentlərin cəmi 24%-i Nazirlər Kabinetinin fəaliyyətindən razıdır.

Sorğu 1202 nəfərin iştirakı ilə oktyabrın 16-dan 20-dək aparılıb.

Bənzər xəbərlər

Gündəm

0.035265922546387