Oct 22

Rusiyada məktəbli elektron siqaret çəkdikdən sonra ölüb

Rusiyada 16 yaşlı məktəbli qız elektron siqaret çəkdikdən sonra dünyasını dəyişib.

Məlumata görə, hadisə Rusiyanın Elektroqorsk şəhərində baş verib. Qızının otağından şübhəli səslər eşidən ata oraya gəlib, çarpayıda uzanan qızın qıvrıldığını və xırıldadığını görüb. Şəhər xəstəxanasına çatdırılan qız həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Mərhumun alt paltarından birdəfəlik elektron siqaret tapılıb. O, müayinəyə göndərilib. Yeniyetmənin ölümünün dəqiq səbəbini həkim ekspertizadan sonra müəyyən edəcək.

Valideynlər qızın elektron siqaret çəkdiyini bilməyiblər.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Mənbə: Shot

Bənzər xəbərlər

Gündəm

0.056761980056763