Oct 21

Fələstinin Rusiyadakı səfiri: “Fələstin İsraillə eyni vaxtda atəşkəs elan etməyin tərəfdarıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fələstin Qəzza zolağında İsraillə eyni vaxtda atəşkəs əldə olunmasının tərəfdarıdır və bunu mümkün hesab edir.

Bu barədə oktyabrın 20-də Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofal məlumat verib.

“Əlbəttə, biz deyirik ki, bu müharibə dayandırılmalıdır”, - deyə o, İsrail və Fələstin arasında hərbi əməliyyatların eyni vaxtda dayandırılmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

O, həmçinin bildirib ki, HƏMAS girov götürülmüş insanları geri qaytarmağa hazırdır. Nofal qeyd edib ki, Fələstin anklavı tibb işçiləri, dərman və avadanlıqla təmin edilməlidir, bundan sonra danışıqlara başlamaq olar.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.10917091369629