Oct 21

ABŞ-nin büdcə kəsiri inanılmaz həddə çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin büdcə kəsiri son bir ildə 320 milyard dollar artaraq 1,7 trilyon dollara çatıb.

Bu barədə ölkənin maliyyə naziri Canet Yellen və Ağ Evin Büdcə İdarəsinin rəhbəri Şalanda Yanqın birgə bəyanatında deyilir.

Sənəddə göstərildiyi kimi, sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ilində ABŞ-nin büdcə xərcləri 6,1 trilyon dolları, gəlirləri isə 4,4 trilyon dolları ötüb. Beləliklə, 2022-ci maliyyə ilinin məlumatları ilə müqayisədə büdcə kəsiri 320 milyard dollar artaraq təxminən 1,7 trilyon dollar təşkil edir.

Qeyd edilir ki, bu, ABŞ ÜDM-nin 6,3%-nə bərabərdir.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.052318811416626