Gürcüstanda azərbaycanlı qəhrəman Rahib Məmmədovun heykəlinin açılışı olub - FOTO
Gürcüstanın Xobi rayonunun Çaladidi kəndi ərazisində azərbaycanlı qəhrəman Rahib Məmmədovun heykəlinin açılışı baş tutub.
“Report” xəbər verir ki, açılış mərasimində Gürcüstanın Zemo-Svaneti bölgə rəhbərliyi, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Batumi şəhərindəki baş konsulu Rıza Kağan, Rahib Məmmədovun ailə üzvləri, Gürcüstan və Azərbaycan ictimaiyyətinin nümayəndələri, eləcə də media əməkdaşları iştirak ediblər.
Bölgə qubernatorunun müavini Nino Viblianinin sözlərinə görə, əslən Azərbaycandan olan 19 yaşlı gənc 1987-ci ildə öz həyatı bahasına Çaladidi kəndinin 28 sakinini xilas edib:
“Rahib Məmmədovun xatirəsi hər zaman anılır və bu gün ucaldılan heykəl Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun daha bir təzahürüdür”.
R.Məmmədovun qardaşı Sahib Məmmədov isə bildirib ki, abidənin ucaldılması, filmin çəkilməsi olduqca qürurvericidir:
“Bu abidənin açılışı bizim ailə, eləcə də Ağdam camaatı üçün böyük bir hadisədir. Ailəmiz adından şəxsən bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Qəhrəmanlar unudulmur”.
Abidənin müəllifi, heykəltəraş David Volkvadze deyib ki, heykəl gələcək nəsillər üçün çox böyük numunə olacaq.