Oct 20

Eskalasiya başlayandan bəri İsrailə min tona yaxın sursat çatdırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fələstinlə münaqişəsinin eskalasiyasından bəri İsrail SAXAL-ın (İsrail Müdafiə Ordusu) ehtiyacları üçün 1000 tona yaxın müxtəlif növ silah və texnika ilə yüklənmiş 45 nəqliyyat təyyarəsini qəbul edib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, bu gün 45-ci hərbi nəqliyyat təyyarəsi hərbi təcili yardım maşınları, tibbi avadanlıq və digər hərbi ləvazimatlarla İsrailin cənubundakı Ramon hava limanına eniş edib.

Qeyd edək ki, SAXAL-ın sözçüsü briqada generalı Daniel Haqari bu gün keçirdiyi brifinqdə İsrail Müdafiə Ordusunun qurudan hərbi əməliyyata hazırlığı davam etdirdiyini bildirib.

Mənbə: Argumentı.ru

Bənzər xəbərlər

Gündəm

0.10052108764648