Oct 20

Müstəqil Martinik Hərəkatı: “Fransa hər şeyi əlimizdən aldı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fransa Amerika qitəsinə gələndən sonra hər şeyi əlimizdən aldı”.

“Report” xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Müstəqil Martinik naminə Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi Klaudet Duhamel deyib.

O bildirib ki, Fransa onların ruhunu da işğal edib:

“Fransa Amerika qitəsinə gələndən sonra hər şeyi əlimizdən aldı. Onlar müstəmləkəçilikdən, sadəcə, öz maraqları üçün istifadə etdilər. Bizimlə mebel kimi davrandılar, bədənimiz bizə aid deyildi. Ona görə də Fransa müstəmləkəçiliyi müstəmləkə siyasətinin ən ağırıdır”.

Natiq qeyd edib ki, Fransa onların mədəni irsini də əllərindən alıb:

“Bizim nəinki torpaqlarımızı, mədəniyyətimizi, insani keyfiyyətlərimizi də əlimizdən aldılar. İqtisadiyyatımıza ziyan vuruldu. Tətbiq etdikləri zəhərli maddələr nəticəsində əhalimizin 90 faizi zəhərləndi. Çox adamda xərçəng xəstəliyi yarandı. Fransa bu məsələ ilə bağlı həkimlərə danışmağa icazə vermir”.

Qonaq çıxış üçün yaratdığı imkanlara görə Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Bənzər xəbərlər

Gündəm

0.027043104171753