Oct 20

Nigerin devrilmiş prezidenti ev dustaqlığından qaçmaq istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigerdə ​​çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan və ev dustaqlığına məhkum edilən Məhəmməd Bazum qaçmağa cəhd edib.

Bu barədə Milli Televiziyada oxunan prezidentin bəyanatında bildirilib.

Qeyd edilib ki, Bazum və ailəsi paytaxt Niameydən Nigeriyaya qaçmaq istəyiblər.

Məlumata görə, Bazum və ailəsi xarici ölkənin köməyi ilə Niameydən vertolyotla Nigeriyaya keçməyi planlaşdırıb, lakin buna nail ola bilməyib.

Hadisə ilə bağlı istintaq başlanılıb, lakin Bazumun hazırda harada olduğu barədə ətraflı məlumat verilməyib.

Xatırladaq ki, iyulun 26-da Nigerdə P​rezident Bazum Prezident Mühafizəsi Alayının üzvləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər.

Mənbə: Haber Global

Bənzər xəbərlər

Gündəm

0.027994871139526