Ötən ayın ən güclü valyutası açıqlandı
Pakistan rupisi 2023-cü ilin sentyabrında tarixi minimuma çatdıqdan sonra möhkəmlənib və ayın sonunda dünyanın ən güclü valyutasına çevrilib.
London Fond Birjasının məlumatlarına görə, Pakistan valyutası sentyabrın əvvəlində ABŞ dollarına nisbətdə rekord minimuma enərək 307 rupiyə düşüb.
Daha sonra isə səkkiz faizdən çox dəyər qazanaraq bütün valyutalar arasında ən kəskin sıçrayışı həyata keçirib.
Mənbə: lenta.ru