Rusiyada ata oğlunu parçalayıb bədən hissələrini yola səpələdi - FOTO
Rusiyada pensiyaçı oğlunu parçalayıb və qalıqlarını Vıborq yaxınlığındakı magistral yola səpələyib.
Oktyabrın 18-də səhər saatlarında Skandinaviya magistralında sürücülər müxtəlif yerlərdə insan bədəninin hissələrini aşkar ediblər.
Xoşbəxtlikdən heç bir qəza baş verməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, cəsədi parçalanan şəxs 36 yaşlı kişi, onun cəlladı isə 63 yaşlı atası olub.
Məlumata görə, şübhəli şəxs saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə: kp.ru