İsrail “Əl-Cəzirə”ni ölkədən çıxarmağa hazırlaşır
İsrail öz ərazisində Qətərin “Əl-Cəzirə” televiziya kanalının ofisinin fəaliyyətini dayandırmağa hazırlaşır.
Qeyd olunur ki, İsrail hökumətinin hüquq müşaviri Qali Baarav Miara və ölkənin rabitə naziri Şlomo Karai Qətərin “Əl-Cəzirə” telekanalının İsrail ofisinin bağlanmasına icazə verən fövqəladə hallar qaydalarının formatı barədə razılığa gəliblər.
Telekanalın ölkədən çıxarılması üçün qərarın hərbi-siyasi kabinet və müdafiə naziri Yoav Qalant tərəfindən təsdiqlənməsi tələb olunur.
Mənbə: Newsru.co.il