Oct 18

Türkiyədə məhəllə sakinləri keçmiş həyat yoldaşını bıçaqla girov götürən şəxsdən “qisas aldılar” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Dənizli şəhərində keçmiş arvadını girov götürən və ona bıçaq zərbələri vuran şəxs məhəllədəki mağaza satıcıları və vətəndaşlar tərəfindən döyülüb.

Məlumata görə, yolda rastlaşdığı keçmiş həyat yoldaşı ilə mübahisə etməyə başlayan əcnəbi vətəndaş qadını marketin qarşısında diz çökdürüb və bıçaqla girov götürüb.

Qadının boğazına tutduğu bıçaqla hədə-qorxu gələn keçmiş ər ətrafdakıların bütün cəhdlərinə baxmayaraq, sakitləşməyib. Qadına bir neçə zərbə vuran şəxs sonra onu saçından tutaraq 30 metr sürüyüb, daha sonra isə döymək istəyib.

Ətrafdakı vətəndaşların xəbərdarlıqlarına məhəl qoymayan şəxs müdaxilə etməyə çalışanlara da müqavimət göstərib. Nəticədə ətrafdakılar qadını keçmiş ərinin əlindən xilas edə biliblər, lakin o, son anda arvadının boyun və kürək nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub və qadın qan içində yerə yıxılıb.

Bədəninin müxtəlif nahiyələrindən 7-8 bıçaq zərbəsi alan qadın xəstəxanaya aparılıb. Qadının vəziyyətinin ağır olaraq qaldığı bildirilib.

Keçmiş ər isə qəfildən kütlənin hədəfinə çevrilib. Belə ki, bıçaq əlindən alındıqdan sonra kütlənin qəzəbinə tuş gəlib və aldığı zərbələrdən yerə yıxılıb. Döyülən, təpiklənən və şillələnən şəxs polisin müdaxiləsi ilə linç edilməkdən son anda xilas olub.

O, xəstəxanada ilkin yardım edildikdən sonra ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

Mənbə: Denizlionlinehaber.com

Bənzər xəbərlər

Gündəm

0.027704954147339