İsrail ordusu Livanla sərhəddə hərbçilərinin atəşə tutulduğunu bildirib
İsrail əsgərləri Livan sərhədi yaxınlığında atəşə tutulub, ordu hücumun mənbəyinə artilleriya atəşi ilə cavab verir.
Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
“Livan sərhədi boyunca fəaliyyət göstərən SAXAL əsgərləri atəşə tutulub. Xəsarət alanlar barədə məlumat verilməyib. SAXAL hücumun mənbəyinə artilleriya atəşi ilə cavab verir”, - deyə mətbuat xidmətinin bəyanatında deyilir.
İsrail ordusu daha sonra Livanla sərhəddəki mövqelərinin yeni atəşə tutulduğunu bildirib.
“Son yarım saat ərzində Livan sərhədi boyunca İsrail Müdafiə Ordusunun bir neçə postuna atəş açılıb. Bundan əlavə, İsrail ordusunun tankına tank əleyhinə raket atılıb”, - deyə hərbçilər bildirib.
“İsrail Müdafiə Ordusu atəş mənbələri istiqamətində artilleriya atəşi ilə cavab verir”, - deyə mətbuat xidməti əlavə edib.
Mənbə: TASS