Gürcüstanın prezidenti məhkəmə qərarına baxmayaraq istefaya getmək istəmir
Gürcüstan prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin hökumətin razılığı olmadan xaricə səfər edərək ölkə konstitusiyasını pozduğunu müəyyən etdikdən sonra istefa vermək niyyətində olmadığını bildirib.
“Mən heç yerə getmirəm, istefa vermirəm. Mən olduğum yerdə qalacağam, həyatım boyu burada olmuşam və bunun üçün [Fransadan] gəlib burada qalmışam və ölkəmizin Avropa gələcəyi və demokratiya üçün mübarizə aparıram”, - deyə Zurabişvili telemüraciəti zamanı deyib.
Mənbə: TASS