ABŞ-də “Ferrari”ləri artıq kriptovalyuta ilə almaq olar
Ferrari ABŞ-də idman avtomobilləri üçün ödənişləri kriptovalyuta ilə qəbul etməyə başlayıb.
Şirkət bu təcrübəni daha da genişləndirərək qanunvericiliyin kriptovalyuta ilə ödənişlərə icazə verdiyi digər ölkələrə də yaymaq niyyətindədir.
Bildirilir ki, hazırda “Ferrari” ABŞ-də bitkoin, eterium və USDC qəbul edəcək. Digər ölkələrdə kriptovalyutaların siyahısı fərqli ola bilər.
Mənbə: forbes.ru