Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılır - SƏRƏNCAM
Prezident İlham Əliyev Özbəkistanla imzalanan sənədi təsdiqləyib.
Bu barədə President.az xəbər verir.
Bildirilir ki, dövlət başçısı 2023-cü il iyulun 18-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş”in təsdiq edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.