Qəzzada mülki şəxslər xəbərdarlıqdan sonra evlərinə qayıda biləcəklər
Təxliyə əmri verilən Qəzza şəhərində mülki şəxslər yalnız müvafiq xəbərdarlıq edildikdən sonra evlərinə qayıda biləcəklər.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, İsrailin Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciətində 1,1 milyon fələstinlinin 24 saat ərzində Qəzza zolağının cənubuna köçməli olduğu bildirilmişdi.
Mənbə: TASS