Oct 10

İdarə sədri: “İçərişəhərdə 1300 dən çox ailə yaşayır - bu özü də o tarixin qorunması deməkdir”

“İçərişəhərdə 1300 dən çox ailə yaşayır. Bu özü də o tarixin qorunması deməkdir”.

Mozalan.az xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”)  mövzusunda beynəlxalq konfransda çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə deyib.

O bildirib ki, İçərişəhərdə çoxlu mədəniyyət tədbiri həyata keçirilir:

“Bu mədəni irsin daha çox insana çatdırılmasına kömək edir. Eyni zamanda da tarixi abidələrin, tarixin qorunma metodikasının digər qurumlarla birgə müzakirə edilərək daha da təkmilləşməsinə xidmət edir”.

Könül Cəfərli

Bənzər xəbərlər

Gündəm

0.029232025146484