Hakan Fidanla Antoni Blinken Yaxın Şərqdəki son qanlı hadisələri müzakirə ediblər
Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Türkiyə mətbuatı bu barədə diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, iki ölkə rəsmisinin əsas müzakirə mövzusu İsrail və Fələstində baş verən son hadisələr olub.
Mənbə: Haber Global