Oct 06

Tramp avstraliyalı milyarderə ABŞ sualtı qayıqları ilə bağlı məxfi məlumatları açıqlayıb

ABŞ-nin keçmiş prezidenti Donald Tramp dövlət başçısı postunu tərk etdikdən bir neçə ay sonra avstraliyalı milyarderlə şəxsi söhbətində ona ABŞ sualtı qayıqları ilə bağlı məxfi məlumatları açıqlamış ola bilər.

Bu barədə “ABC News” nəşri məlumatlı mənbələrə istinadən məqalə dərc edib.

Nəşrin mənbələri iddia edirlər ki, Trampın məxfi sənədləri düzgün mühafizə etməməsi ilə bağlı işi araşdıran müstəntiqlər avstraliyalı milyarder Entoni Pretti dindiriblər. Entoni Prett 2021-ci ilin aprelində keçmiş ABŞ prezidenti ilə Mar-a-Laqo malikanəsində söhbət etdiyini deyib. O, Trampa Avstraliyanın ABŞ sualtı qayıqlarını almalı olduğu ilə bağlı fikrini bildirib. Bundan sonra Tramp milyarderə bu qayıqların nə qədər raket daşıdığı və gözəgörünməz şəkildə, aşkar olunmadan Rusiya sualtı qayıqlarına nə qədər yaxınlaşa biləcəyinə dair məlumatları açıqlayıb.

Qeyd olunur ki, Prett ABŞ-nin keçmiş liderindən aldığı məlumatları ən azı 45 tanışı ilə bölüşüb ki, onların arasında da 6 jurnalist, 10 Avstraliya rəsmisi və ölkənin 3 keçmiş baş naziri də var. Müstəntiqlər milyarderdən Trampdan aldığı məlumatları bundan sonra başqalarına açıqlamamağı xahiş ediblər.

Bənzər xəbərlər

Gündəm

0.023643970489502