Sep 30

ABŞ-nin cənub-qərbində nəhəng torpaq qırılması qeydə alınıb

ABŞ-nin cənub-qərbində bir neçə ştatda nəhəng torpaq qırılması qeydə alınıb. Söhbət Arizonada ümumi uzunluğu 272 km olan çatlardan gedir. Eyni zamanda, bu cür qırılma Yuta və Kaliforniyada da aşkar edilib.

Torpaq qırılmasının əsas səbəbi insanların yeraltı sulardan istifadə etməsidir ki, o da süxurların çökməsi və torpağın yerdəyişməsi ilə nəticələnir. Qrunt suları dünyanın əsas şirin su mənbələrindən biridir və suvarma ehtiyacının təxminən 40%-ni təmin edir.

Geoloq Cozef Kukun sözlərinə görə, qırılma, adətən dağlar arasında baş verir, onlar evlərə, yollara, kanallara və bəndlərə zərər verə bilər, həmçinin insanların həyatını təhlükəyə atır.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.028219938278198