Sep 30

ABŞ Ekvador prezidentliyinə namizədin qətlinin üstünün açılmasına yardım üçün pul mükafatı vəd edir

ABŞ Dövlət katibi Antoni Blinken Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensionun qətlində əli olanlar haqqında məlumat verənə 5 milyon ABŞ dolları (8,5 milyon manat) qədər mükafat veriləcəyini açıqlayıb.

Bu barədə ABŞ Dövlət Departamentinin press-relizində bildirilib.

“Mən, həmçinin cənab Vilyavisensionun qətlinə görə məsuliyyət daşıyan transmilli mütəşəkkil cinayətkar dəstəsində yüksək rəhbər vəzifədə işləyən hər hansı bir şəxsin şəxsiyyətini və ya yerini müəyyənləşdirməyə köməklik göstərən məlumat üçün təxminən bir milyon ABŞ dollarına (1,7 milyon manat) qədər ikinci mükafatı elan edirəm”, - deyə A.Blinkenin bəyanatında deyilir.

Xatırladaq ki, Fernando Vilyavisensionun qətli avqustun 9-da Ekvadorun paytaxtı Kitoda keçirilən mitinqdən sonra baş verib. Siyasətçi başında üç güllə yarası alıb. Atışma zamanı daha doqquz nəfər yaralanıb. Ekvador Prezidenti Gilyermo Lasso hadisə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Mənbə: Kommersant

Bənzər xəbərlər

Gündəm

0.029240131378174