Sep 30

Marseldə naməlum şəxs yoldan keçənlərə atəş açıb: Ölənlər var - VİDEO

Fransanın Marsel şəhərinin şimalındakı fəhlə məhəllələrində naməlum şəxs yoldan keçənlərə atəş açıb.

Nəticədə 24 və 41 yaşlı iki kişi ölüb, 41 yaşlı üçüncü kişi isə yaralanıb.

Hadisə ilə bağlı yayılan videogörüntülərdə səkidə dayanaraq söhbət edən 3 kişiyə yavaş sürətlə qara rəngli “Peugeot” avtomobili yaxınlaşır və onların yanında dayanır.

Avtomobilin arxa oturacağından əlində uzun silah olan şəxs çıxır və səkidə dayananlara atəş açır. Sonra maşına əyləşərək ərazini tərk edir.

Daha sonra bu avtomobil yanmış halda və içində silahla parkda tapılıb.

Hadisənin cinayətkar qruplaşmalar arasında baş verdiyi ehtimal edilir. Faktla bağlı istintaq başlanılıb.

Mənbə: Ar15.com

Bənzər xəbərlər

Gündəm

0.024132013320923