İranda daha bir məhbus edam edildi - FOTO
İranın Hormozqan əyalətinin Minab şəhərində məhbus dar ağacından asılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına istinadla xəbər verib.
Məlumata görə, o, silahlı soyğunçuluqda ittiham edilib.
Qeyd edək ki, İran xalqının inqilab qiyamından bir il keçməsindən sonra İranın hakimiyyət orqanları cəmiyyətə qorxu aşılamaq üçün ölüm hökmündən misli görünməmiş şəkildə istifadə edir. Belə ki, son bir il ərzində İranda ən azı dar ağacından asılıb. Bu isə ötən dövrlə müqayisədə 36% artım deməkdir.