Faciənin ağır mənzərəsi - hataylılar illərlə yaşadıqları evlərinin yerini tapa bilmədilər - VİDEO
Bu il fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri də Hatay olub. Burada yüzlərlə insan doğmalarını, yaxınlarını itirib, dağılan binalar isə faciənin böyüklüyünü nümayiş etdirib.
Bu gün binaların dağıntılarının 72 faizi ərazidən çıxarılıb. Bir zaman gözəlliyi ilə seçilən şəhər böyük bir çöllüyə çevrilib. Hataylılar isə öz məhəllələrinin, evlərinin olduqları küçələri tanıya bilmirlər.
Mənbə: TRT Haber