Sep 26

ABŞ-də kazarmalardan şok görüntülər yayılıb - FOTO

ABŞ əsgərləri kanalizasiya suları ilə dolu iyrənc kazarmalarda yaşayırlar.

Bu barədə Amerika hökumətinin hesabatında məlumat verilib.

“Obyektlərin birində hərbi qulluqçular bioloji tullantıların təmizlənməsinə cavabdehdirlər”, - deyə materialda açıqlama verilib.

Verilən məlumata görə, Amerika ordusunun kazarmaları çox dəhşətli vəziyyətdədir: kif, çirkli döşəmələr, tarakan və siçan axını. Kanalizasiya aşıb-daşır, kranlardan isə çirkli qəhvəyi su axır.

Jurnalistlərin fikrincə, belə şəraitdə yaşamaq döyüşçülərin psixi sağlamlığına təsir edir və onları qadağan olunmuş maddələrdən istifadəyə təhrik edir.

Mənbə: Business Insider

Bənzər xəbərlər

Gündəm

0.12951803207397