Sep 25

Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır” - YENİLƏNİB

“Qənirə Paşayevanın ölməsi ilə bağlı yayılan xəbərlər yalandır”.

Bu barədə Mozalan.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva məlumat verib.

O qeyd edib ki, millət vəkilinin vəziyyəti stabil-ağır olaraq qalır və ailə üzvləri bu kimi xəbərlərin yayılmasına təəssüf edir:

“Sosial şəbəkələrdə aktiv olan insanlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən açıqlanan xəbərlərə inansınlar. Dualarınızı əsirgəməyin”.

22:04

“Deputat Qənirə Paşayevanın müalicəsi davam edir”.

Bu barədə APA-ya qardaşı Hüseyn Paşayev açıqlama verib.

“Bu barədə bu gün müalicə aldığı xəstəxana da açıqlama yayıb”, - deyə o qeyd edib.

Xatırladaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinik Xəstəxananın təcili yardım şöbəsinə gətirilib.

Bənzər xəbərlər

Gündəm

0.020425081253052