Türkiyədə nicat axtaran daşnaklar - “Kaspi”nin ŞƏRHİ + FOTO
Hər bir erməni daxilən daşnakdır. Daşnak ideologiyası orta statistik erməninin dünyaya baxışıdır. Erməni ətrafda baş verənlərə daşnak eynəyi ilə baxır. Fərqi yoxdur hansı partiyanın üzvü, hansı yolun yolçusudur - istənilən erməninin qəlbinin ən ucqar guşəsində bir daşnak gizlənib və o, nə vaxtsa özünü göstərməlidir. Mütləq...
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:
Dünyanın dörd bir yanında fəaliyyətdə olan erməni diasporunun sütununu “Daşnaksütyun” partiyası təşkil edir. Əslində, erməni diasporu elə “Daşnaksütyun” deməkdir. Erməni siyasi palitrasında daşnaklar yeganə radikal ideologiya daşıyıcısı deyillər. Tarixdə, misal üçün, “Qnçak”ın daşnaklardan daha aqressiv olduğu anlar var. Ermənistanın hazırki baş naziri Nikol Paşinyan ideoloji müstəvidə daşnaklarla antoqonist mövqedə olsa da, “Qarabağ Ermənistandır və nöqtə” söyləməklə heç bir radikalın dilə gətirmədiyini deyib. Odur ki, erməninin daşnakı ilə kommunisti, sosdemi ilə liberalı arasında heç bir fərq yoxdur. Daha doğrusu, onları ümumiləşdirən cəhət var: hamısı daşnakdır.
Satqın radikallar
“Erməni genosidi” yalanlarının ilk ayaq tutub yeridiyi ölkələr “Daşnaksütyun”un güclü özəklərinin fəaliyyətdə olduğu yerlərdir. Məsələn, Latın Amerikası ölkələri. Saxta soyqırımı iddialarının qanunverici orqanlar tərəfindən ilk dəfə qəbul edildiyi dövlətlərdə kifayət qədər aktiv erməni icması var ki, onların hər biri daşnak ideologiyasının təsiri altındadır. Bununla belə, “Daşnaksütyun” ermənilərin müasir tarixində heç də hər zaman müsbət imicə sahib olmayıb. İndinin özündə də XIX-XX əsrləri tədqiq edən erməni tarixçiləri arasında daşnakları 1918-20-ci illərdə mövcud olmuş birinci Ermənistan respublikasını bolşeviklərə təhvil verməkdə suçlayanlar var. Haşiyədən kənara çıxmayaraq qeyd edək ki, bolşeviklər tərəfindən ilhaq edilən, tarixi Azərbaycan torpaqlarında bərqərar olmuş o vaxtkı müstəqil Ermənistanın rəhbərliyində məhz daşnaklar təmsil olunurdular. Bu azmış kimi, onlar tək dövləti bolşeviklərə verməkdə deyil, həm də nicat və xilas üçün Türkiyədən yardım istəməkdə günahlandırılırlar.
“Türkpərəst” Ermənistan
Ermənistanın o vaxtkı baş naziri Simon Vratsyanın 18 mart 1921-ci il tarixli məktubu var. Vratsyan bolşeviklər tərəfindən ilhaq edilmiş birinci respublikanı geri almaq üçün Türkiyəyə müraciət edir. Erməni baş nazir bu məqsədlə Türkiyə Böyük Millət Məclisinə göndərdiyi məktubda yazır: “Ermənistanın azadlıq və müstəqillik uğrunda bolşeviklərlə mübarizəsi tək Ermənistan deyil, Yaxın Şərqin bütün xalqlarının maraqlarına xidmət edir. Ona görə də Ermənistan ümid edir ki, bu mübarizədə qonşularından kömək alacaq. Ermənistanın qələbəsi və müstəqilliyi türk xalqı üçün də həyati əhəmiyyət kəsb edir... Xahiş edirik bizə məlumat verin, Böyük Millət Məclisinin rəhbərliyi bizə hərbi yardımı mümkün sayırmı? Sayırsa, nə vaxt, hansı miqdarda və hansı növdə?” (Avetis Yapuçyan “Fevral avantürasını kim təşkil etmişdi və onun hansı fəsadları oldu”, səh 92. Qahirə, 1969-cu il).
Məktubda ən diqqətçəkən məqam onun daşnak tərəfindən düşmən sayılan Türkiyəyə yazılması deyil. Məsələ burasındadır ki, bu gün bütün dünyaya “genosid” deyə car çəkən daşnaklar yüz il bundan öncə Türkiyədən hərbi yardım istəmələri barədə faktları ört-basdır edirlər. Bilirsiniz niyə? Erməni təbliğatı iddia edir ki, türklər 1915-ci ildə onları “soyqırımı”na məruz qoyublar. Və cəmi 6 il bundan sonra isə onlar həmin türklərdən bolşeviklərə qarşı hərbi yardım istəyiblər. Məntiqlə baxsaq, axı bu necə ola bilər? Yaxud cəmi 6 il sonra umu-küsünü unudub Türkiyədən kömək istəyənlər indi niyə türklərdən yanıqlıdırlar?
30 noyabr 1920-ci ildə “Arac” qəzeti yazırdı: “Ermənistanın yalnız bir xilas yolu var – qonşu türklə ümumi dil tapmaq. Əgər yaşamaq, fiziki mövcudluğunu və dövlətçiliyini qorumağı təmin etmək istəyirsə, ruspərəst deyil, türkpərəst siyasi oriyentasiyaya malik olmalıdır”. Elə həmin Vratsyan deyirdi: “Bolşeviklərlə mübarizə və sülhün təminatı üçün biz ən çox qonşu Türkiyənin dəstəyinə ehtiyac duyuruq”.
“Türk sevdası”
Maraqlıdır ki, daşnakların “türk sevdası” sonrakı illərdə də davam edib. Məsələn, 1955-ci ildə Beyrutda dərc edilən “Daşnak rəhbərliyinin anti-milli mahiyyəti” adlı kitabda “Daşnaksütyun”un elə həmin il Parisdə çap olunmuş məxfi nəşri “Getap”a istinad edilir: “Ardıcıl şəkildə, çap orqanları vasitəsilə ictimai rəyə Türkiyəyə qarşı nifrəti unutdurmalıyıq. Ancaq bunu ehtiyatla etməliyik...”. Ermənilərin hər zaman böyük güclərin əlində alət olduqları sirr deyil. 1955-ci il qardaş Türkiyənin NATO-ya üzv olması dövrünə təsadüf edir. Qərbin sovetlərə qarşı Türkiyəni müdafiə etməsi siyasətində ermənilərin də öz rolu olub.
Ermənilərin siyasi buqələmunluqlarına dair çox misallar gətirmək olar. 1890-larda Osmanlıya qarşı Rusiya və Avropadan dəstək alan, 1907-ci ildə gənc türklərə yarınan, 1920-ci illərdə nicat yolunu müasir Türkiyədə axtaran, 1941-45-ci illərdə faşist Almaniyası ilə əməkdaşlıq edənlərdən nə gözləyəsən? Ancaq əsas sual başqadır: daşnak ideologiyasına yoluxmuş radikal, revanş arzusu ilə yaşayan ermənilər Paşinyana niyə “türk Nikol” deyirlər?