Şoyqu İran Ordusunun Baş Qərargah rəisi ilə Qarabağdakı vəziyyəti müzakirə edib
Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri çərşənbə axşamı Tehranda keçirilən danışıqlarda Qarabağ, Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.
Həmçinin, danışıqlarda ikitərəfli hərbi əməkdaşlığın cari məsələləri müzakirə olunub.
“Bu gün və sabah hələ müzakirə edilməli olan çoxlu məsələlər var. Bunlara təhsil, təcrübə mübadiləsi, nümayəndə heyətlərinin mübadiləsi, birgə dəniz təlimləri daxildir”, - Şoyqu bildirib.
Mənbə: TASS